AC Milan FK

AC Milan
Associazione Calcio Milan
Loqonun şəkli
Klubun tam adı Milan Futbol Assiosasiyası
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) l Rossoneri (Qırmızı-qaralar),
ll Diavolo (Şeytanlar ),
İtaliya futbolunun flaqmanı (il fiore all'occhiello d'Italia)
Rəng(lər) qırmızı, qara
Yaranma tarixi 16 dekabr 1899) (1899-12-16)
Stadionu San Siro
Tutumu 75 817 (minimum)
80 018 (maximum)
Sahibi ABŞ RedBird Capital Partners (99.93%)[1][2]
Fərdi səhmdarlar (0.07%)[3]
Prezidenti İtaliya Paolo Skaroni
Baş məşqçisi Portuqaliya Paulo Fonseka
Kapitanı İtaliya Davide Kalabria
Liqa İtaliya A Seriyası
2023–2024 2/20
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır.

Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur.

Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb.

1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir. Klubun Çempionlar Liqasında son çempionluğu isə 2006/07 mövsumundə olub.

UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biridir (6 dəfə).

Klubun qazandığı son titul 2021/22 mövsumundə qazandığı İtaliya A Seriyası çempionluğudur.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, Avropada XX əsrin ən yaxşı dördüncu futbol klubudur.[4][5]

Klub İtaliya və dünya futbolunun ən varlı klublarından biridir.[6] O, Avropanın aparıcı futbol klublarından ibarət hazırda fəaliyyət göstərməyən "G-14" qrupunun, eləcə də onu əvəz edən Avropa Klublar Assosiasiyasının qurucu üzvüdur.[7]

  1. "RedBird Capital Partners completes acquisition of AC Milan". acmilan.com (ingilis). Associazione Calcio Milan. 31 avqust 2022. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2023.
  2. "Relazione e bilancio al 30 giugno 2019" [Financial statement as of 30 June 2019] (PDF) (italyan). Associazione Calcio Milan. 18 oktyabr 2019. səh. 14. 22 October 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 yanvar 2023.
  3. "Chi Siamo" [About]. APA Milan (italyan). 15 may 2017. 17 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2020.
  4. "Самые лучшие футбольные клубы 20-го века по версии IFFHS". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  5. "IFFHS HISTORY : CONTINENTAL CENTURY CLUBS (1900–1999)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  6. "Soccer Team Valuations". forbes.com. 30 April 2008. 29 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2010.
  7. "ECA Members". ecaeurope.com. European Club Association. 4 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 October 2010.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy